...

Rusiyada daha bir atışma: Əməliyyat başladı

Dünya xəbərləri Materials 25 İyun 2024 00:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada növbəti dəfə silahlı hücum olub.

Trend xəbər verir ki, hadisə Bataysk şəhərində qeydə alınıb. Naməlum şəxs travmatik tapançadan atəş açıb.

Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, xəbərdarlıq üzrə Vorovskoqo küçəsinə gələn polis əməkdaşları naməlum şəxsin konstruksiyasına görə travmatik tapançaya bənzər əşyadan atəş açdığını müəyyən ediblər.

"Polis hadisədə iştirak edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirir", - məlumatda deyilir.

Məlumatda o da qeyd edilir ki, silahlı hücum məişət zəmnində baş verib.

Xəbər lenti

Xəbər lenti