...

ABŞ-nin "Fisker" şirkəti 12,5 mindən çox elektrik avtomobilini geri çağıracaq

Dünya xəbərləri Materials 28 İyun 2024 21:56 (UTC +04:00)

Bakı. Trend:

İyunun əvvəlində müflis olduğunu elan edən Amerikalı elektrik avtomobil istehsalçısı "Fisker" Şimali Amerika və Avropada 12500-dən çox avtomobili könüllü olaraq geri çağırır.

Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.

Məlumata əsasən, buna səbəb xarici qapı tutacaqlarında yarana biləcək problemlərdir.

Geri çağırılma 2023-2024-cü illərin flaqman "Ocean" avtomobillərinə aiddir. ABŞ-da 8,2 min, Kanadada 513 və Avropada 3,8 min bu model avtomobil geri çağırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti