...

Türkiyə, Rumıniya və Bolqarıstan minalarla bağlı iclas keçiriblər

Dünya xəbərləri Materials 1 İyul 2024 23:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə, Rumıniya və Bolqarıstandan olan minalara qarşı hərbi-dəniz qrupunun üzvləri İstanbulda görüşüblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsaəsn, görüş zamanı Qara dənizdə birgə fəaliyyət dair sazişlər imzalanıb.

Bildirilib ki, mina təhlükəsinin olmamasını təmin etmək üçün Qara Dənizdə Minalara Qarşı Tədbirlər Qrupu (MCM BLACK SEA) yaradılıb. Qeyd olunub ki, iyulun 1-də İstanbulda Operativ Qərargah Komitəsinin iclası keçirilib və birgə fəaliyyətlə bağlı sənəd imzalanıb. İmzalanma mərasimində Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcüment Tatlıoğlu, Rumıniya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi kontr-admiral Mihai Panait və Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Kiril Mixaylov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti