Bakı. Trend:
ABŞ-nin "Tesla" şirkəti iyunda Şanxay zavodundan tədarükləri keçən ilin eyni ayı ilə müqayisədə 59,261 min elektrik avtomobilədək (20,2 faiz) azaldıb.
Trend-in məlumatına görə, bu Çin Sərnişin Avtomobilləri Assosiasiyasının ilkin hesablamalarında qeyd olunub.
Bununla yanaşı, may ayına nisbətən bu göstərici 7,3 faiz artıb.
Keçən ay Şanxay zavodundan "Tesla" ixrac tədarükü 11,746 min avtomobil təşkil edib. Bu, ötən ilin səviyyəsindən 39,7 faiz, may ayı ilə müqayisədə isə 32,3 faiz azdır.