...

Alimlər Ayın səthində mağara aşkar ediblər

Dünya xəbərləri Materials 16 İyul 2024 17:06 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İtaliyadan olan alimlər Ayın səthində mağara aşkar ediblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, mağara Ayda ilk bazaların tikilməsi üçün potensial olaraq uyğundur.

Tədqiqatlar NASA-nın orbital zondu tərəfindən toplanılmış məlumatlar sayəsində həyata keçirilib. Alimlər Ayda Sakitlik dənizinin səthində bir neçə çuxurun olduğunu aşkarlayıblar. Onlardan biri eni 45 metr, uzunluğu isə 77 metr olan mağaraya uzanıb.

Tədqiqatçıların sözlərinə görə, mağaranın daxilində radiasiya yoxdur və insan üçün optimal temperatur şəraiti mövcuddur. Bu isə o deməkdir ki, mağarada gələcəkdə xüsusi baza yaratmaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti