...

ABŞ-də Trampı və ailə üzvlərini öldürməklə təhdid edən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 20 İyul 2024 12:49 (UTC +04:00)
ABŞ-də Trampı və ailə üzvlərini öldürməklə təhdid edən şəxs saxlanılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Florida ştatında polis keçmiş prezident Donald Tramp və vitse-prezident postuna namizəd Ceyms Devid Vensin, eləcə də, onların ailə üzvlərininn ünvanına ölüm təhdidləri səsləndirən şəxsi həbs edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, şəxsin sosial şəbəkədə paylaşdığı təhdidləri görən bir neçə sakin polisə müraciət edib.

Nəticədə o saxlanılıb.

Xatırladaq ki, iyulun 14-də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Güllə Trampın qulağını zədələyib.

Sui-qəsd cəhdini təşkil edən 20 yaşlı Tomas Metyu Kruks polis tərəfindən zərərsizləşdirilib. Onun hadisəni hansı motivlə törətdiyi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti