Bakı. Trend:
Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 146-ya çatıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, torpaq sürüşməsi Efiopiyanın cənubundakı Geze Qofa rayonunda baş verib.
Məlumata görə, ölənlər arasında uşaqlar da var. Xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının artacağı ehtimal olunur.
Qeyd edək ki, Efiopiyada hər il iyul ayında başlayan və sentyabrın ortalarına qədər davam edən yağışlı mövsüm torpaq sürüşmələrinə səbəb olur.