Bakı. Trend:
Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdə yanğın baş verib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən və helikopter cəlb olunub.
Məlumata görə, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb. Yanğın nəticəsində ümumilikdə 7 obyektə ziyan dəyib, onlardan 3-ü boş olub.
Digər dörd müəssisəyə dəymiş ziyan digərlərinə nisbətən daha ciddidir.