...

Bu ölkə Ay stansiyasına 50 ölkəni cəlb etməyi planlaşdırır

Dünya xəbərləri Materials 26 İyul 2024 13:22 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çin International Lunar Research Station (ILRS) Ay stansiyasının çərçivəsində əməkdaşlığa 50 ölkəni cəlb etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “SpaceNews” yazır.

“Biz bütün ölkələrlə, o cümlədən qlobal Cənub ölkələri, inkişaf etməkdə olan BRİKS ölkələri, eləcə də Qərb ölkələri ilə beynəlxalq əməkdaşlığa açığıq və onu alqışlayırıq”, - deyə Çinin Ayın kəşfiyyatı proqramının baş dizayneri U. Veyren China Global Television Network (CGTN) telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Çin 10-dan çox ölkə və 30-a yaxın xarici tədqiqat institutu ilə ILRS ilə bağlı sazişlər imzalayıb. “Biz beynəlxalq Ay elmi-tədqiqat stansiyamızın birgə qurulması üçün 500 xarici elmi-tədqiqat institutunu və 5 min xarici elmi əməkdaşı dəvət edərək, 50 ölkə ilə işləməyə ümid edirik”, - deyə mütəxəssis bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti