Bakı. Trend:
Avropa İttıfaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən Ukrayna üçün ilk 1,5 milyard avroluq tranşı ayırıb.
Trend xəbər verir ki, bu barədə Ukrayna KİV Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu vəsait Avropa Sülh Fondu və Ukrayna üçün Fond vasitəsilə ölkənin hərbi potensialının möhkəmləndirilməsinə və bərpasına yönəldiləcək.
Xatırladaq ki, ötən ay Aİ-yə üzv olan 27 ölkənin xarici işlər nazirləri Aİ Şurasının planlaşdırılmış iclasında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro mənfəətin Ukraynaya hərbi yardım üçün Avropa Sülh Fonduna köçürülməsi qərarını təsdiqləyib.