Bakı. Trend:
Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edir.
Dohada keçirilən danışıqlara HƏMAS nümayəndələri qatılmayıb.