...

Polşa polisi hakimiyyəti kütləvi etiraz aksiyaları ilə hədələyir

Dünya xəbərləri Materials 5 Sentyabr 2024 17:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa polisi hüquq-mühafizə sisteminin maliyyələşdirilməsinin mövcud şərtlərindən ciddi narazılığını bildirir və hökumət lazımi dəyişikliklər etmədiyi təqdirdə kütləvi etiraz aksiyaları keçirməklə hədələyir.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmkarlar ittifaqı etiraz tədbirlərinin yenidən başlamasını istisna etmir. Yaxın günlərdə həmkarlar ittifaqı və polis rəhbərliyi arasında gələcək fəaliyyətlərin müzakirəsi həlledici olacaq.

Aktivistlər hərbi xərclərin əhəmiyyətli dərəcədə artdığını, polis büdcəsinin isə kölgədə qaldığını vurğulayırlar. Xüsusilə, büdcəni yenidən nəzərdən keçirmək və daha realist etmək zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti