...

Elektron siqaretin daha bir zərəri açıqlanıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2024 14:25 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Siqareti tərgitmək məqsədilə istifadə olunan elektron siqaretlərin müxtəlif zərərləri var. Mütəxəssislər elektron siqaretin daha bir zərərini üzə çıxarıblar. Elektron siqaretlər infarkt və ağciyər xəstəliklərinə səbəb olur.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə türkiyəli həkim Asım Enhoş açıqlama verib.

“Elektron siqaretlər tərkibində nikotin olan mayenin qızdırılması nəticəsində əmələ gələn aerozolların tənəffüs edilməsi nəticəsində istifadə edilir. Bu aerozollar ağciyərlərə daxil olduqda qıcıqlanma və iltihaba səbəb ola bilər. Ağciyərlərə ciddi ziyan vura bilən elektron siqaretlər astmaya səbəb ola bilər. Elektron siqaretlə adi siqaretlər arasında bəzi fərqlər var.

Araşdırmalar göstərir ki, elektron siqaretdən istifadə edənlərdə infarkt riski 2 dəfə artır. Elektron siqaretlər immun sisteminə mənfi təsir göstərir”, - türkiyəli həkim əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti