Bakı. Trend:
Slovakiya 2022-ci ildən etibarən Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları nəticəsində 3,9 milyard ABŞ dollarından çox itki yaşayıb.
Trend bu barədə “İzvestiya”-ya istinadən xəbər verir.
"Ən çox zərər çəkənlər Rusiya bazarının bir hissəsini itirən ixracatçılar və ölkəmizdən gələn xam maddələrə və tranzitə asılı olan şirkətlərdir.
Slovakiya və Macarıstan, iqtisadi itkilərə görə, Aİ-nin Moskva ilə münasibətlərin normallaşmasını dəstəkləyən əsas ölkələrdir", - məlumatda qeyd olunub.