...

Ukraynada müdafiə naziri bütün müavinlərini işdən çıxarmağı planlaşdırır

Dünya xəbərləri Materials 20 Sentyabr 2024 21:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın müdafiə naziri Rustəm Umerov bütün müavinlərini onların səmərəsizliyi səbəbindən işdən çıxarmağı planlaşdırır.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, nazir Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun iki müavinini - Viktor Zaytsevi və İqor Ostapenkonu vəzifədən azad edib.

“Müdafiə naziri Rustəm Umerov öz müavinlərinin demək olar ki, hamısını tutduqları vəzifələrdə səmərəsiz olduqlarına görə işdən çıxarmağı planlaşdırır”, - məlumatda qeyd olunub.

Qeyd olunub ki, Umerovun Budanovu Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad etmək fikri yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti