Bakı. Trend:
İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonlarını atəşə tutulduğunu qeydə alıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, Livandan İsrailin şimalındakı Meron dağı istiqamətində 10-a yaxın mərmi atılıb.
"Mərmilərin bəziləri tutuldu və bir neçə mərmi açıq ərazilərə düşdü", - deyə ordu bildirib.