...

İqtisadiyyat üzrə “Nobel” mükafatı laureatları məlum oldu

Dünya xəbərləri Materials 14 Oktyabr 2024 14:20 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İsveç Elmlər Akademiyası yanında Nobel Komitəsi tərəfindən 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatı laureatları məlum olub.

Trend xəbər verir ki, bu barədə İsveç Elmlər Akademiyası yanında Nobel Komitəsi məlumat yayıb.

Bildirilir ki, Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Onlar bu mükafata institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə layiq görülüblər.

Qeyd edək ki, Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda anadan olub. O, 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir.

Saymon Conson 1963-cü ildə Şeffild şəhərində anandan olub, Britaniya-Amerika iqtisadçısı, Massaçusets Texnologiya İnstitutunun professorudur.

Ceyms A.Robinson 1960-cı ildə anandan olub. O, iqtisadçı və siyasət tədqiqatçısıdır. 2015-ci ildən Harris İctimai Siyasət Məktəbində (Çikaqo Universiteti) professordur və əvvəllər Harvard Universitetində dərs deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti