Bakı. Trend:
Çində alimlər gənə mənşəli yeni bir virus kəşf ediblər.
Trend xarici KİV-ə isitinadən xəbər verir ki, bu virus ölüm nisbəti 30 faiz olan “Krım-Konqo hemorragik qızdırması” virusuna yaxın bir növdür və “Nairoviridae” ailəsinə aid olan “orthonairovirus” cinsinə daxildir.
Virusa "bataqlıq virusu" adı verilib.
Məlumatda bildirilib ki, 2019-cu ildə İç Monqolustanda bir bataqlıq parkında gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri müşahidə edilən bir nəfər xəstəxanaya yerləşdirilib. Tədqiqatçılar xəstədən alınan qan nümunəsini genetik analiz edərək, əvvəllər məlum olmayan bir virus aşkar ediblər.
Alimlər Çinin şimal-şərqində gənə dişləməsindən sonra kəskin qızdırma ilə xəstələnən digər xəstələri də araşdırdılar və 17 yeni bataqlıq virusuna yoluxma halını aşkar edərək, virusun bu bölgədə geniş yayıldığını təsdiqləyiblər.