...

Serbiyada dəmiryolu qəzasına etiraz aksiyası iğtişaşa çevrildi

Dünya xəbərləri Materials 6 Noyabr 2024 03:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında baş verən qəza ilə əlaqədar təşkil olunan etiraz aksiyası iğtişaşlara çevrilib.

Trend xəbər verir ki, minlərlə insan şəhərdə yürüş keçirərək şəhər meriyasının binasına daşlar atıb, pəncərələri sındırıb. Etirazçılardan bir qrup meriya binasına məşəl atıb və bu, binanın birinci mərtəbəsində kiçik bir yanğına səbəb olub.

Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına gözyaşardıcı qazla müdaxilə edib və qarşıdurma nəticəsində üç nəfərin yaralandığı bildirilib.

Xatırladaq ki, noyabrın 1-də dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər həyatını itirib və üç nəfər ağır yaralanıb. Noyabrın 2-si Serbiyada milli matəm günü elan olunub. Bu hadisədən sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verəcəyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti