...

Tramp Uber-in keçmiş rəhbərini ABŞ Nəqliyyat Departamentinin rəhbəri təyin edə bilər

Dünya xəbərləri Materials 17 Noyabr 2024 01:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, keçid komandası vasitəsilə Uber-in biznesin inkişafı üzrə keçmiş direktoru Emil Mayklın Birləşmiş Ştatların Nəqliyyat Naziri vəzifəsinə təyin edilməsini nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan əlavə, ABŞ Nümayəndələr Palatasının üzvləri Sem Qreyvs (Missuri), Qarret Qreyvs (Luiziana), həmçinin Viskonsin ştatından keçmiş konqresmen və hazırda Fox News kanalında aparıcı kimi fəaliyyət göstərən Şon Daffi də bu mövqe üçün namizəd ola bilər. Həmçinin, bu siyahıda başqa adların da yer ala biləcəyi vurğulanır.

Reuters-in məlumatına görə, Emil Mayklın namizədliyi noyabrın 5-də keçiriləcək prezident seçkilərində Trampı dəstəkləyən texnologiya şirkətlərinin rəhbərləri tərəfindən dəstəklənib. Agentlik, Emil Mayklın milyarder İlon Maskın dəstəyini alıb-almadığını müəyyən edə bilməyib. Lakin mənbələrdən biri bildirib ki, Mask həm də SpaceX şirkətinin investoru olan Mayklla çox yaxşı əlaqələrə sahibdir.

Xəbər lenti

Xəbər lenti