Bakı. Trend:
G20 ölkələrinin liderləri Rio-de-Janeyroda keçirilən sammitin yekunlarına dair bəyannamə qəbul ediblər.
Trend xəbər verir ki, sənəd G20-nin rəsmi saytında yayımlanıb.
Bəyannamədə qeyd olunur: "Biz, G20 liderləri, əsas qlobal çağırışlara və böhranlara cavab vermək, həmçinin güclü, davamlı, balanslaşdırılmış və inklüziv inkişafı təşviq etmək məqsədilə 18-19 noyabr 2024-cü il tarixlərində Rio-de-Janeyroda görüşdük".