...

Suriyanın silahlı müxalifəti Deyr əz-Zor şəhərini nəzarəti altına götürüb

Dünya xəbərləri Materials 11 Dekabr 2024 02:39 (UTC +04:00)
Suriyanın silahlı müxalifəti Deyr əz-Zor şəhərini nəzarəti altına götürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya silahlı müxalifətinin komandanlığı Deyr əz-Zor şəhərinin tam nəzarəti altına alındığını elan edib.

Trend-in məlumatına görə, bu barədə Hərbi Əməliyyatlar İdarəsi (silahlı birləşmələrin rəhbər orqanı) öz "Telegram" kanalında yazıb.

"Qüvvələrimiz bütün Deyr əz-Zor şəhərini nəzarətə götürüb", - deyə bildirilib.

Xatıraladaq ki, “Həyat Təhrir əl-Şam” qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də Suriyanın şimalında, o vaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib.

Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.

Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti