...

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru istefa verəcək

Dünya xəbərləri Materials 12 Dekabr 2024 03:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kris Rey Bayden administrasiyasının vaxtı başa çatan kimi istefa verəcəyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə FTB məlumat yayıb.

Əvvəlki FTB direktorunu işdən çıxartdıqdan sonra Kris Reyi bu vəzifəyə təyin edən Donald Tramp onun 10 illik səlahiyyət müddətinin bitməsinə üç il qalmış Keş Pateli bu posta yeni namizəd göstərəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti