Bakı. Trend:
Özbəkistanda elektron siqaretlərin satışı və istehsalı qadağan olunur.
Trend xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin Qanunverici palatasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qadağanı nəzərdə tutan müvafiq qanun layihəsi qanunverici palatanın növbəti plenar iclasında ilk oxunuşdan qəbul olunub.
Qanun layihəsi Özbəkistan Respublikası ərazisində nikotin çatdıran elektron sistemlərin, o cümlədən elektron siqaretlərin və onlara aid mayelərin dövriyyəsini (istehsalı, hazırlanması, saxlanılması, daşınması, idxalı və ölkədən ixracı) qadağan edir.