Bakı. Trend:
Moldova gömrükçüləri Kişinyov hava limanında bağlamadan tapılan partlayıcı qurğunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə ölkənin sərhəd polisinin "Telegram" kanalında bildirilib.
"Sərhəd polisi və gömrük əməkdaşları <...> Kişinyov Beynəlxalq Hava Limanında poçt göndərişlərini emal edərkən partlayıcı qurğu kimi qəbul edilən avtomobil formasında oyuncağa bənzər əşya aşkar ediblər", - deyə qeyd olunub.
Hadisə yerinə texniki və məhkəmə ekspertizası mərkəzinin mütəxəssisləri cəlb olunaraq şübhəli əşyanı zərərsizləşdiriblər.
Hava limanının fəaliyyəti normal qaydada davam edir.