Bakı. Trend:
Efiopiyada 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 213 minə yaxın insanın yaşadığı Nəzrət şəhərindən 125 km cənub-qərbdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.