Bakı. Trend:
Efiopiya Yaxın Şərq ölkəsindəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar Livanın paytaxtı Beyrutdan 164 vətəndaşını geri çağırıb.
Trend xarici Kiv-lərə istinadən xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Hökumət təhlükəsizlik problemi ilə üzləşən müxtəlif ölkələrdə olan vətəndaşlarını geri çağırır", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ötən ilin oktyabrında Efiopiya hökuməti Livanda olan daha 51 vətəndaşını geri çağırmışdı.