Düşənbə.Trend:
İran və Tacikistanın ümumvətəndaş (xarici) pasportlarının daşıyıcıları bu ölkələr arasında viza tələbi olmadan hava nəqliyyatı ilə səyahət edə biləcək.
Trend bu barədə İranın Tacikistandakı səfirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, qərar İranın Nazirlər Kabineti tərəfindən qəbul olunub.
Qeyd edilir ki, vizasız rejim 3 fevral 2025-ci il tarixindən qüvvəyə minir. Bu dəyişiklik vətəndaşların 30 gün ərzində ölkə ərazisində qalmalarına icazə verəcək.
Xatırladaq ki, 10 avqust 2024-cü ildən etibarən Tacikistan və İran arasında Düşənbə–Tehran və Tehran–Düşənbə hava marşrutu üzrə səyahət edən vətəndaşlar üçün viza rejimi ləğv edilib. Bu qərarın əsasında iki ölkə hökumətləri arasında ümumvətəndaş pasport sahibləri üçün vizanın ləğvinə dair Anlaşma Memorandumunun imzalanması dayanır.