...

Fransa Ukraynaya ilk “Mirage 2000” qıcılarını göndərib

Dünya xəbərləri Materials 6 Fevral 2025 14:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın müdafiə naziri Sebastyan Lekornü Ukrayna pilotları tərəfindən idarəolunan ilk fransız “Mirage 2000” təyyarələrinin Ukraynaya çatdığını bəyan edib.

Trend xəbər verir ki, Lekornü bu barədə məlumatı öz “X” səhifəsində bölüşüb.

“6 iyun 2024-cü ildə Fransa prezidenti Emmanuel Makron Fransanın “Mirage 2000” təyyarələrinin Ukraynaya tədarük olunacağını bəyan etmişdi. İlk təyyarələr artıq Ukraynaya çatdırılıb”, - deyə o bildirib.

Lekornünün sözlərinə görə, həmin hərbi təyyarələri Fransada təlim keçmiş ukraynalı pilotlar idarə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti