Bakı. Trend:
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts, NBC telekanalına verdiyi müsahibədə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin Vaşinqtonun strateji maraqlarına xidmət etmədiyini bildirib.
Trend xəbər verir ki, o, ABŞ Prezidentinin, dövlət katibi Marko Rubio, İlon Mask və digər şəxslərlə razılaşaraq, USAID-in missiya və proqramlarının, xüsusilə Çinlə qarşıdurmada, ABŞ-nin strateji maraqlarına uyğun gəlmədiyini vurğulayıb.
Fevralın 3-də ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarına əsasən, dövlət katibi Marko Rubio müvəqqəti olaraq USAID-in başçısı təyin edilib.
Bu tədbirlər, ABŞ hökumətinin səmərəliliyini artırmaq, bürokratiyanı azaltmaq və dövlət aparatını islahat etmək məqsədilə İlon Maskın təşəbbüsü ilə qəbul edilib.