...

Alimlər elektron siqaretin acı fəsadlarını müəyyən edib

Dünya xəbərləri Materials 25 Fevral 2025 20:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Mançester Metropoliten Universitetinin alimləri elektron siqaretlərdən istifadə edən şəxslərin daha çox nikotin qəbul etdiyini müəyyən edib. Bu isə insanda demensiya, poliorqan çatışmazlığı və ürək-damar xəstəlikləri riskini artırmış olur.

Trend xəbər verir ki, elmi araşdırmanın nəticələri “British Medical Journal” dərgisində nəşr olunub.

Elmi işin həmmüəllifi Maksim Boydenin sözlərinə görə,“veyplərin” əsas təhlükəsi insanların onu həddən çox çəkməsi ilə əlaqədardır.

Alimlər qeyd edir ki, ənənəvi siqaret çəkən insanda prosesin başa çatması hissi yaranır, elektron siqaretdən istifadə edən zaman isə insan bu prosesi istənilən şəraitdə davam etdirir.

Tədqiqatlar veyperlərin damar sistemlərində ciddi dəyişikliklərin müşahidə olunduğunu göstərir. Bu pozuntular beyinin qanla təminatını pisləşndirir və koqnitiv pozuntuların inkişafına, o cümlədən, demensiyaya yol aça bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti