Bakı. Trend:
Qazaxıstanda yeniyetmə futbolçuları daşıyan mikroavtobus Astana-Ereymentau-Şidert avtomagistlarında qəzaya uğrayıb, hadisə nəticəsində komandanın məşqçisi həlak olub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri vilayətin polis idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, yol-nəqliyyat hadisəsi mikroavtobus sürücüsünün yük maşınını ötüb keçməyə çalışması zamanı baş verib. Nəticədə “Mercedes” markalı mikroavtobus aşıb. İnsident vaxtı onun salonunda 16 yeniyetmə və onların məşqçisi olub. Yaralanmış gənc futbolçular xəstəxanaya çatdırılıb.