Bakı. Trend:
Türkiyədə müşahidə olunan qatı duman ölkənin bəzi hava limanlarında uçuşların ləğv edilməsinə səbəb olub.
Trend-in məlumatına görə, Trabzon Hava Limanından Ankara və İstanbula planlaşdırılan bəzi reyslər ləğv edilib.
Ordu-Giresun Hava Limanında da duman səbəbindən reyslərdə təxirə salınmalar və gecikmələr olub. İstanbuldan planlaşdırılan uçuş duman səbəbindən ləğv edilib.
Ankara və İstanbuldan Rizə-Artvin Hava Limanına planlaşdırılan iki reys də dayandırılıb.
Uçuşların hava şəraiti yaxşılaşdıqdan sonra həyata keçirilməsi planlaşdırılır.