Bakı.Trend:
Moldova və Avropa İttifaqı Kişinyova 2028-ci ilə qədər 1,9 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan iqtisadi artım planı haqqında saziş bağlayıb.
Trend xəbər verir ki, bu haqda Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.
Sazişİ Kişinyovda baş nazri Dorin Reçan və Avropa İttifaqının genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos imzalayıb.
“Biz tarixi bir investisiya sazişi imzaladıq (...), bu sənəd göstərir ki, artıq Moldova Avropa İttifaqına qoşulma prosesinin ortasındadır və biz Avropa tərəfdaşlarımızın uğur qazanacağımıza dair inamına sahibik. Xarici həmrəylik və daxili birlik sayəsində (...), biz Avropa İttifaqının üzvü olmağa nə 10 il, nə də 20 ildən sonra, məhz 4 ilə hazır ola biləcəyik”, – deyə Reçan bəyan edib.
Təsdiqlənmiş inkişaf planı islahatlar proqramının həyata keçirilməsini və investisiyaların cəlb olunmasını nəzərdə tutur.
Plan çərçivəsində xüsusilə yerli və regional yolların, meşələrin, eləcə də, Prut və Dnestr çayları boyunca yerləşən suvarma sistemlərinin bərpası üçün resursların ayrılması planlaşdırılır.