İstanbul. Trend:
İran heç vaxt ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi məsələsində təslim olmayacaq və qarşılıqlı addımlat atacaq.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran ərazisini, hakimiyyəti və vətəndaşlarını qorumağı qətiyyətli şəkildə davam etdirəcək Bu istiqamətdə bütün mümkün həll yolları və vasitələrdən istifadə edəcək.
Araqçi bildirib ki, Donald Tramp region və dünyada müharibələrə son qoymaq vədi ilə ABŞ-də iqtidara gəlib. Lakin İrana hücumla öz vədlərinə qarşı çıxıb və düşmənçilik mövqeyi seçib.
“ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə hərbi hücumu beynəlxalq qaydalar və prinsiplərin açıq-aşkar pozulmasıdır. Bu addım Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) 2-ci müddəasına, həmçinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən təcavüzkarlıq əməli hesab olunur”, - deyə o qeyd edib.
Araqçi deyib ki, BMT Təhlükəsizlik Şurası, BMT baş katibi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və digər əlaqədar qurumların aidiyyəti üzrə addım atmaları gözlənilir.
