...

AEBA öz qanuni vəzifəsini yerinə yetirməlidir – Araqçi

Dünya xəbərləri Materials 22 İyun 2025 13:59 (UTC +04:00)
AEBA öz qanuni vəzifəsini yerinə yetirməlidir – Araqçi
Aysel Səmədova
Aysel Səmədova
Bütün xəbərlər

İstanbul. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və onun baş direktoru Rafael Qrossi ABŞ-nin hücumu qarşısında öz vəzifəsini yerinə yetirməlidir.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, halbuki AEBA baş direktoru sərgilədiyi mövqleəri ilə müharibə istəyən ölkələrin İrana hücum etməsinə yaşıl işıq yandırıb.

Araqçi bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurası İranın dinc məqsədli nüvə obyektlərinə təhlükəli hücuma reaksiya verməlidir.

“ABŞ-nin İrana hücumu beynəlxalq sülh və stabillik prinsiplərinə zidd hesab olunur. Əslində beynəlxalq səviyyədə meşə qanununu yayır”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti