...

İranın nüvə obyektlərinə dəyən zərər haqda məlumat yoxdur – Araqçi

Dünya xəbərləri Materials 22 İyun 2025 14:01 (UTC +04:00)
Aysel Səmədova
Aysel Səmədova
Bütün xəbərlər

İstanbul. Trend:

Ötən gecə ABŞ-nin İranın nüvə obyektlərinə etdiyi hücum nəticəsində dəyən zərər haqda məlumat yoxdur.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla belə hal-hazırkı şəraitdə xəsarətin həcmi önəmli deyil. Əksinə önəmli olan budur ki, İranın dinc məqsədli nüvə obyektinə hücum beynəlxalq qanunların açıq-aşkar şəkildə pozulmasıdır və buna göz yummaq olmaz.

Araqçi deyib ki, ötən gecə bəzi region ölkələri xarici işlər nazirləri ilə telefon söhbətləri olub. Telefon söhbətlərində İrana qarşı hücumların dərhal dayandırılmasının vacibliyi qeyd olunub. İrana qarşı qeyri-qanuni hücumların qarşısının alınması üçün həll yolları tapılmalıdır.

“Beynəlxalq hüquq və qanuni müdafiə prinsipinə əsasən İranın özünü müdafiə etmək haqqı var. Bu addım ölkə vətəndaşları, milli təhlükəsizlik və suverenliyin müdafiəsi zəruri olduğu vaxta qədər atılacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti