...

Rusiya ordusu dronları vurmaq üçün lazerdən istifadəyə başlayıb

Dünya xəbərləri Materials 30 İyun 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ordusu Ukrayna ilə silahlı münaqişənin davam etdiyi bölgədə hərbi dronların zərərsizləşdirilməsi üçün lazerli HHM (hava hücumlarından müdafiə) sistemindən istifadə etməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə “Mash” Telegram-kanalı məlumat yayıb.

Məlumata görə, dron əleyhinə kompleks düşmənin pilotsuz uçuş aparatlarının kamerasını sıradan çıxarmaqla onu hədəfə çatana qədər zərərsizləşdirir.

Kiçik zərbəçi dronlar 2-3 kilometr məsafədə zərərsizləşdirilə bilir. Kəşfiyyat aparatlarının vurulma məsafəsi isə 6 kilometrə qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti