Bakı. Trend
Çinin “UBTech” robotika şirkəti özünü tam idarə edə və ehtiyac yarandıqda öz batareyasını dəyişə bilən dünyanın ilk humanoid robotunu yaradıb.
Trend bu barədə “UBTech” şirkətinin rəsmi X səhifəsinə istinadən məlumat verir.
Şirkət əmin edir ki, humanoid robot insan müdaxiləsini minimuma endirərək onun 3 dəqiqə öz batareyasını dəyişə bilir, beləcə sönmədən davamlı fəaliyyət göstərir.
Humanoid robot güc balanslaşdırma texnologiyası və USB yaddaş kimi asanlıqla taxılıb çıxarılan batareya ilə təchiz olunub.