...

Gürcüstanda polisə hücum edən xəbər portalının direktoruna hökm oxunub

Dünya xəbərləri Materials 6 Avqust 2025 16:00 (UTC +04:00)
Gürcüstanda polisə hücum edən xəbər portalının direktoruna hökm oxunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda Batumi şəhər məhkəməsi “Batumelebi” onlayn nəşrinin direktoru Mziyu Amaqlobelini etiraz aksiyası zamanı polisə sillə vurduğuna görə 2 il müddətinə azadlıqdan məhrum edib.

Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hökmü oxuyan zaman hakim Amaqlobelinin işinin daha “yumşaq maddəyə” tövsif edildiyini xatırladıb. Amaqlobeli əvvəl polisə hücum etməkdə təqsirləndirilirdi və həmin maddəyə əsasən, 4 ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Lakin hakim işi hakimiyyət nümayəndəsinə müqavimət maddəsinə tövsif edib. Bu maddə 2 ildən 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Amaqlobeli yanvarın 12-də Batumidə Acarıstan Polis Baş İdarəsinin binası qarşısında keçirilən mitinqdə saxlanılıb.

Ölkənin yerli KİV-in yaydığı kadrlarda xəbər portalının direktoru polis əməkdaşına sillə vurduqdan sonra onun saxlanıldığı görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti