...

ABŞ şirkətləri Britaniyanın texnologiya sektoruna təxminən 42 milyard dollar sərmayə qoyur

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 08:15 (UTC +04:00)
ABŞ şirkətləri Britaniyanın texnologiya sektoruna təxminən 42 milyard dollar sərmayə qoyur

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın Londona səfəri ərəfəsində ABŞ şirkətlərinin Böyük Britaniyanın texnologiya sektoruna 31 milyard funt sterlinq (42 milyard dollar) sərmayə yatırmasını nəzərdə tutan texnologiya əməkdaşlıq müqaviləsi razılaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə Britaniya baş naziri Kir Starmerin mətbuat xidməti bildirib.

"Microsoft, NVIDIA, Google, OpenAI və CoreWeave daxil olmaqla ABŞ-ın aparıcı texnologiya və süni intellekt şirkətləri Böyük Britaniyanın süni intellekt infrastrukturunun və qabaqcıl texnologiyaların inkişafına birgə 31 milyard funt sterlinq (42 milyard dollar) ayırıblar", - deyə qeyd olunub.

Müqavilə həmçinin Amerikanın kvant və nüvə enerjisinə sərmayə qoymasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti