Bakı. Trend:
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını kəskin şəkildə genişləndirərək, onu birdən-birə 90 bənd artırıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Siyahıya xüsusilə Milli Ödəniş Kartları Sistemi (MÖKS), bir sıra banklar və şirkətlər, həmçinin Rusiya ilə əlaqəli olan 51 gəmi daxil edilib.
Bundan əlavə, “Lukoil”, “China Merchants Bank”, eləcə də Çindən və Türkiyədən olan bir sıra mikroelektronika təchizatçıları da “qara siyahıya” düşüb.
MÖKS “Mir” kartlarının operatorudur və 2024-cü ilin fevral ayından ABŞ sanksiyaları altındadır.
Qeyd edək ki, ötən ay Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Avropa İttifaqının qarşıdakı 19-cu sanksiyalar paketində Rusiya ödəniş sisteminə qarşı məhdudiyyətlərin tətbiq olunacağını elan etmişdi.