...

Luvr muzeyində qarət: iki nəfər saxlanılıb, digərləri axtarışdadır

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 20:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Luvr muzeyinin qarəti ilə bağlı Paris polisinin apardığı intensiv istintaq nəticəsində iki nəfər saxlanılıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, iki şübhəli hələ də axtarışdadır.

Məlumata görə, soyğunçular muzeydən qaçarkən çoxlu izlər və əşyalar qoyublar. Bu dəlillər, eləcə də videomüşahidə görüntüləri polisə onların izinə düşmək imkanı verib. Hadisə yerində ADN nümunələri və barmaq izləri aşkarlanıb. İstintaqçılar qarət zamanı və qaçış prosesindəki detallardan şübhəlilərin peşəkar olmadığını anlayıblar. Qaçarkən oğurladıqları zinət əşyalarından biri yerə düşüb, həmçinin cinayətdə istifadə etdikləri qaldırıcı platformanı da hadisə yerində buraxıblar.

İstintaqa 100-dən çox müstəntiq cəlb olunub. Onlar Paris və ətraf bölgələrdəki təhlükəsizlik kameralarının görüntülərini analiz edərək, cinayətkarların hərəkət marşrutunu addım-addım izləyə biliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti