Bakı. Trend:
Gürcüstan Prokurorluğu səkkiz müxalifyönümlü siyasətçi, o cümlədən keçmiş prezident Mixail Saakaşvili barəsində cinayət işi açıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onlardan bəzilərinə “diversiya” ittihamı irəli sürülüb, digərləri “düşmən dövlətin maraqlarına xidmət edən fəaliyyətə yardım”da, bəziləri isə “hakimiyyətin devrilməsinə çağırış”da ittiham olunurlar.
Cinayət işləri aşağıdakı şəxslər barəsində açılıb:
– sabiq prezident Mixail Saakaşvili – dövlət hakimiyyətinin devrilməsinə çağırışa görə;
– Zura Caparidze və Georgi Vaşadze – diversiya (318-ci maddə) və xarici dövlətə qarşı düşmənçilik fəaliyyəti ilə bağlı yardım etmə (319-cu maddə) maddələri üzrə;
– Elena Xoştariya – diversiya (318-ci maddə), xarici dövlətə qarşı düşmənçilik fəaliyyətinə yardım və təhrik etmə (319-cu maddə), eləcə də konstitusiya quruluşuna qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi və ya dəstəklənməsi (321-ci maddə) ittihamları üzrə;
– Nika Gvaramiya, Nika Melia, Mamuka Xazaradze və Badri Caparidze – diversiya (318-ci maddə) maddəsi üzrə.
