Bakı. Trend:
Fransanın Luvr muzeyində baş vermiş səs-küylü qarətdən sonra təhlükəsizlik sistemi təkmilləşdiriləcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Paris muzeyinin direktoru Loran de Kar yerli mətbuata bildirib.
De Kar muzey rəhbərliyinin təcili iclasını çağırıb və görüşün yekunlarına əsasən bildirib ki, Luvrun təhlükəsizlik sahəsindəki problemlərin miqyasını tam şəkildə dərk edib.
Onun sözlərinə görə, Luvr rəhbərliyi ümumi fəaliyyət planı hazırlayıb və bu plan, xüsusən, videomüşahidə sisteminin yenilənməsini nəzərdə tutur.
