Bakı. Trend:
Böyük Britaniyanın Mançester şəhərinin Polis İdarəsinin Pentensiar xidmətin əməkdaşları ilə birgə şəhərin cəzaçəkmə müəssisəsində keçirdiyi əməliyyatda kameralardan 500-dən çox elektron cihaz, o cümlədən mobil telefon və SIM kartlar aşkarlanıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mançester Polis İdarəsinin reydlə bağlı verdiyi bəyanata əsasən, məhbuslar həmin mobil telefonlar vasitəsilə Mançesterdə mütəşəkkil cinayətkar dəstələrin narkotik vasitə və silah tədarükü, eləcə də ciddi zorakılıqlarla bağlı fəaliyyətini əlaqələndirirdilər.
Əməliyyatda müsadirə olunmuş mobil cihazlar və SIM kartlar məhv edilib.
