...

Luvr muzeyi turistlər üçün biletlərin qiymətini qaldırır

Dünya xəbərləri Materials 28 Noyabr 2025 11:03 (UTC +04:00)
Luvr muzeyi turistlər üçün biletlərin qiymətini qaldırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada oktyabr ayında qarətə məruz qalmış Luvr muzeyində gələn ilin əvvəlində Avropa İttifaqına üzv olmayan ölkələrdən olan turistlər üçün bilet qiymətləri 45 faiz qaldırılacaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ən yüksək turist axını ilə seçilən ABŞ, Britaniya və Çin kimi ölkələrin vətəndaşları muzeyə daxil olmaq üçün 32 avro (təxminən 63 manat) ödəməli olacaqlar. Qiymət artımından əldə olunacaq vəsaitin məşhur qalereyanın yenidən qurulmasına yönəldilməsi planlaşdırılır.

Luvr ötən il təxminən 9 milyon ziyarətçi qəbul edib və onların böyük hissəsi xarici turistlərdir. Muzeyin məlumatına görə, ziyarətçilərin onda birindən çoxu ABŞ-dən, təxminən 6 faizi isə Çindən gəlir.

Yanvar ayında Fransa Prezidenti Emmanuel Makron və Luvr rəhbərliyi muzeydə bir sıra təkmilləşdirmələr aparıldığını elan ediblər. Onlar 2026-cı ildə Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün daha yüksək giriş haqları tətbiq olunacağına işarə vurublar.

Makron həmçinin bildirib ki, "Mona Liza" əsərinin yerləşdirildiyi məkan dəyişdiriləcək və tablo yeni bir zonaya köçürüləcək. Məqsəd izdihamın qarşısını almaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti