...

Gürcüstanda Antikorrupsiya Bürosu ləğv olunur

Dünya xəbərləri Materials 17 Dekabr 2025 15:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Parlamenti üçüncü və yekun oxunuşda 2022-ci ildə Avropa İttifaqının tövsiyəsi əsasında yaradılmış Antikorrupsiya Bürosunun ləğvi haqqında qanunu qəbul edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə prosesi qanunverici orqanın saytında canlı yayımlanıb.

Qanunun leyhinə 77 deputat səs verib. Sənəd imzalanması üçün Gürcüstan Prezidentinə göndərilib. Mixail Kavelasşvili qanunu imzaladıqdan sonra Antikorrupsiya Bürosu 2 mart 2026-cı il tarixində fəaliyyətini dayandıracaq.

Büronun funksiyaları Dövlət Audit Xidmətinə həvalə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti