...

Həştərxanda partlayışlar törətməyi planlaşdıran 13 yaşlı yeniyetmə saxlanılıb

Dünya xəbərləri Materials 24 Dekabr 2025 11:46 (UTC +04:00)
Həştərxanda partlayışlar törətməyi planlaşdıran 13 yaşlı yeniyetmə saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Həştərxan şəhərində güc strukturlarının əməkdaşları Həştərxan vilayəti və Dağıstan Respublikasının ərazisində terror aktları törətməyi planlaşdıran 13 yaşlı yeniyetməni saxlanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Həştərxanın Sovet rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Yeniyetmə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan müvəqqəti təcridxanaya yerləşdirilib.

“Məhkəmə iclası zamanı müəyyən edilib ki, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxs, Həştərxan vilayəti və Dağıstan Respublikası ərazisində terror aktları törətmək məqsədilə yaşadığı ünvanda kustar üsulla partlayıcı qurğu hazırlayıb. Bundan əlavə, "Telegram" messencerində abunəçilərə partlayıcı qurğuların hazırlanmasını öyrətmək məqsədilə bir icma yaradıb. İnzibati iddia ərizəsi təmin edilib. Məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan şəxs Həştərxan vilayəti üzrə Rusiya DİN-in Yetkinlik Yaşına Çatmayan Hüquqpozanların Saxlanılması Mərkəzinə 30 sutkadan artıq olmayan müddətə yerləşdirilib”, – məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti