Bakı. Trend:
Fransa hökuməti Moldavanın keçmiş baş naziri Vladimir Filatı İnterpolun xətti ilə axtarışa verilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova DİN mətbuat katibi Diana Fetko jurnalistlərə açıqlama verib.
Bundan əvvəl Filat məhkəmənin qərarı ilə çirli pulların yuyulması ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilmişdi.
Filat bildirib ki, Fransada çıxarılan hökm Kişinyovun təsiri altında verilib.
Moldova öz vətəndaşını Fransaya ekstradisiya edə bilməz, lakin iki ölkənin hüquq-mühafizə orqanları ittihamların tanınması və cəzanın Moldova ərazisində icra olunması barədə razılığa gələ bilərlər.
KİV-in məlumatına görə, iş Filatın və həyat yoldaşının 2012 və 2014-cü illərdə Fransanın cənub-şərqində əldə etdikləri daşınmaz əmlakla bağlıdır. Hüquq-mühafizə orqanları hesab edir ki, bu əmlak korrupsiya fəaliyyəti nəticəsində əldə olunmuş vəsait hesabına alınıb.
Filat hazırkı prezident Maya Sandunun siyasətinin kəskin tənqidçilərindəndir. 2016-cı ilin iyununda Moldovada məhkəmə Filatı şəxsi mənfəət əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə və passiv korrupsiya ittihamları ilə təqsirli bilib və onu doqquz il müddətinə azadlıqdan məhrum edib. O, bu cəzanın təxminən dörd ilini həbsdə çəkdikdən sonra azadlığa buraxılıb. Filat özünü təqsirli hesab etməyib və bildirib ki, onu həbsxanaya göndərən hakim koalisiyadakı keçmiş tərəfdaşı, Demokrat Partiyasının lideri Vladimir Plahotnyuk olub.
